Toral və Zəri (film, 1979)
Filmdə min il bundan əvvəl olmuş hadisələr, Qobustanda məskunlaşmış ən qədim tayfalar haqqında danışılır. Vaxtilə burada hər şey birmənalı olmuşdur: qəzəb də, məhəbbət də, səmimilik də. Sadəlövhlük, hisslərin açıq büruzə verilməsi amansızlıqla qaynayıb, qarışmışdı. İnsan qəlbinin mürəkkəbliyi və onun dərinliklərində gedən təlatümlər qorxu və düşmənçilik hisslərini qüvvətləndirdi...
Müəlliflər göstərmək istəmişlər ki, həyatda hər şey məhv olsa da sənət yaşayır, əbədi olaraq insanlara sevinc və ilham bəxş edir.
Multiplikasiya filmi yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuşdur.
Film Rüstəm Babaxanovun eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.
Əsərin müəllifi: Rüstəm Babaxanov
Ssenarinin müəllifi: Həsən Seyidbəyli
Rejissor: Əsgər Məmmədov
Rəssam: Elçin Axundov
Operator: Ramiz Ağayev
Bəstəkar: Aqşin Əlizadə
Səs operatoru: Akif Nuriyev
Cizgi rəssamları: Bəhmən Əliyev, Vahid Talıbov, Rauf Dadaşov, Arifə Hatəmi, Vaqif Məmmədov, Solmaz Hüseynova, Hüseyn Cavid İsmayılov
Rejissor assistenti: Sima Qurbanova (S.Qurbanova kimi) (mövqe göstərilməyib)
Assistentlər: T.Hüseynov, Ziya Xəqani (Ziya Xaqani kimi)
Montaj edən: Nailə Dadaşova
Redaktor: Ədhəm Qulubəyov
Filmin direktoru: Eldar Əliyev
Fazaçı rəssam: Firəngiz Quliyeva (titrlərdə yoxdur)
Mətni oxuyan: Şahmar Ələkbərov (titrlərdə yoxdur)
Yusif Vəliyev — tayfa üzvü (titrlərdə yoxdur)
Sadıq Hüseynov — tayfa başçısı (titrlərdə yoxdur)
Rasim Balayev — Toral (titrlərdə yoxdur)
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.